Elxan Abdullayev rəsmən AZAL-da

Elxan Abdullayev rəsmən AZAL-da
XƏBƏR 13 İyul 2011 / 14:14 1541
-  A +

AZAL-ın yeni baş məşqçsinin adı məlum olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazim Süleymanovun istefasından sonra klub rəhbərliyi komandanı yeni məşqçiyə tapşırıb. Bu yerli mütəxəssis Elxan Abdullayevdir. Bu gün klubun ofisinə dəvət olunan Abdullayev qısa danışıqlardan sonra birillik müqaviləyə imza atıb.

Qeyd edək ki, Abdullayevin son iş yeri məşqçi kimi çalışdığı Qazaxıstanın “Atırau” klubu olub. Məşqçilik karyerasına 28 yaşında başlayan Abdullayev uzun müddət “Dinamo”ya rəhbərlik edib, klubun “Bakı” adı altında ilk baş məşqçisi olub.

O həmçinin “Qarabağ”ın baş məşqçisi kimi də fəaliyyət göstərib. Abdullayev bundan başqa Azərbaycan milli komandaları və “İnter”də məşqçi vəzifəsini tutub. Elxan Abdullayev "Pro" kateqoriyalı məşqçilik lisenziyaına malikdir.

Son xəbərlər