“Mançester Yunayted”dən Sneyderə fantastik təklif

“Mançester Yunayted”dən Sneyderə fantastik təklif
XƏBƏR 13 İyul 2011 / 13:35 1939
-  A +

Poul Skoulzun karyerasını başa vurmasından sonra onun yerinə layiqli əvəzləyici axtaran “Mançester Yunayted” “İnter”in hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderdən əl çəkmək istəmir.

Qol.Az-ın məlumataına görə, “qırmızı şeytanlar” ulduz futbolçunun keçidi üçün italyan klubuna 40 milyon avroluq təklif göndərib. “Nerazzura”nın bu təklif qarşılığında hansı addım atacağı maraqla gözlənilir.

Qeyd edək ki, Sneyder bundan əvvəlki açıqlamalarında “İnter”də qalmaq istəyini bir neçə dəfə dilə gətirib. Ancaq yarımmüdafiəçi komandadan ayrılmaq ehtimalının olmasını da istisna etməyib: “Əgər klub rəhbərliyi məni satmaq istəsə, getməyə hazıram”.

Son xəbərlər