İqor Mitreski: “Dinamo”ya hörmət edirik, amma çəkinmirik”

İqor Mitreski: “Dinamo”ya hörmət edirik, amma çəkinmirik”
XƏBƏR 13 İyul 2011 / 11:42 1550
-  A +

“Biz köhnə Yuqoslaviya klubları ilə qarşılaşmağı arzu etmirdik. Amma belə alındı. Buna görə narahat olmaq lazım deyil”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün səfərdə “Dinamo” ilə qarşılaşacaq “Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski deyib.

“Dinamo”ya hörmət etdiklərini söyləyən təcrübəli futbolçu rəqibdən çəkinmədiklərini bildirib:

“Dinamo”ya hörmət edirik. Amma onlardan çəkinmirik. Bu günkü oyunda əsas məqsədimiz yaxşı nəticə əldə etmək olacaq. Ən azından heç-heçə.  Bilirik ki, bu elə də asan olmayacaq. Ancaq rəqibə qarşı hücum futbolu oynayacağıq”.

Son xəbərlər