Arif Əsədov: “Dinamo”ya qarşı necə oynayacağımızı bilirik”

Arif Əsədov: “Dinamo”ya qarşı necə oynayacağımızı bilirik”
XƏBƏR 13 İyul 2011 / 11:29 1721
-  A +

“Dinamo” böyük və güclü komandadır. Amma qarşıya qoyulan məqsədə çətinliklərə baxmayaraq nail olunur”.

Qol.Az-ın məlumatına görə, bu fikirləri dünən “Dinamo” ilə oyunöncəsi təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Arif Əsədov səsləndirib.

Gənc mütəxəssis səfərdən sərfəli nəticə ilə qayıtmaq istədiklərini bildirib:

“Matça hazırlaşmaq üçün çox vaxtımız oldu. “Dinamo”ya qarşı necə oynayacağımızı bilirik. Əsas məqsədimiz bu oyundan sərfəli nəticə ilə ayrılmaqdır. Əgər futbolçularım oyuna tam köklənə bilsələr, lazımı nəticəni təmin edə bilərik”.

Son xəbərlər