“Milli komandamızın Almaniyada baş tutan son təlim-məşq toplanışı zamanı məşqlər əsasən süni örtüklü meydanlarda keçdi. Bu da təsadüfi deyil, çünki 2010-cu il Dünya çempionatı seçmə mərhələ çərçivəsində martın 28-də Rusiya ilə keçirəcəyimiz oyun “Lujniki” stadionunda oynanılacaq”. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri paytaxt komandası ilə yanaşı millimizin də şərəfini qoruyan Saşa Yunusoğlu deyib. Təcrübəli müdafiəçi Rusiyayla oyunda millimizin uğur qazanacağına inanır: “Komandamızın heyəti 80% formalaşıb. Baş məşqçimiz Berti Foqts müəyyən dəyişikliklər etməklə ən optimal heyət qurmağa çalışır. Şadam ki, əsas heyət oyunçuları sırasında mən və komanda yoldaşım Fabio Luis Ramim də yer alır. Almaniyada 2 günlük məşqlərin sonunda “Ayntraxt” (Frankfurt) klubu ilə yoldaşlıq oyunu keçirdik. Matçın başlanğıcı uğursuz alındı, ilk dəqiqələrdə heç cür öz oyunumuzu tapa bilmirdik. Bunun nəticəsi kimi 10-cu dəqiqədə qapımıza qol vuruldu. Tədricən, oyuna nəzarəti barpa edə bildik, bir neçə qol imkanı da yaratdıq, təəssüf ki, hesabı bərabərlişdirə bilmədik. Ümumiyyətlə, komandanın oyununda inkişaf müşahidə olunur. Xətlərarası əlaqə, taktiki cəhətdən ağıllı oyun baxımından heç də pis təsir bağışlamadıq. Əminəm ki, son toplantı komandamız üçün çox xeyirli olacaq. Rusiya ilə matça gəldikdə isə, ən əsası layiqli oyun nümayiş etdirməkdir. Belə olan halda yaxşı nəticəyə də ümid etmək olar. Yalnız onu deyə bilərəm ki, milli komandamızın uğuru üçün əlimdən gələni etməyə hazıram”.
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü