Vaqif Cavadov dünyanın ən qədim komandalarından birinə qarşı oynadı

XƏBƏR 13 İyul 2011 / 01:26 2065
-  A +

Rusiyanın "Volqa" komandası Avstriyadakı təlim-məşq toplantısında dünyanın ən qədim klublarından olan "Şeffild Uensdey"lə yoldaşlıq görüşü keçirib. Qol.Az-ın məlumatına görə, İrdninq şəhərindəki "Remaks Arena"da baş tutan görüşdə hesab açılmayıb. 

Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov "Volqa"nın heyətində meydançaya 70-ci dəqiqədə daxil olub. 

Nijni-Novqorod təmsilçisi növbəti yoxlama matçını iyulun 14-də Çempionlar Liqasının iştirakçısı - İsrailin "Hapoel" (Təl-Əviv) komandasına qarşı keçirəcək.   

Son xəbərlər