"Pünik"i İrəvanda biabır etdilər

"Pünik"i İrəvanda biabır etdilər
XƏBƏR 13 İyul 2011 / 01:44 3267
-  A +

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, birinci oyun günündə 6 oyun keçirilib.

Bu görüşlərdən sonra Çexiyanın "Viktoriya", Litvanın "Ekranas" və Bolqarıstanın "Liteks" klubları səfər qələbələri sayəsində növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. "Viktoriya" İrəvanda Ermənistan çempionu "Pünik"i darmadağın edib. "Ekranas" Maltada "Valletta"nı üstələyib. "Liteks" isə Çernoqoriyada "Moqren"ə Svetoslav Todorovun 3 dəqiqə ərzində etdiyi dubl sayəsində qalib gəlib. 

Qalan 3 görüşdə meydan sahibləri üstün olub. "Maribor" Sloveniyada Lüksemburq "Düdelanj"ının, "Slovan" isə Slovakiyada Qazaxıstan "Tobol"unun qapısından 2 cavabsız top keçirib.

12 iyul

20:00. "Pünik" (Ermənistan) - "Viktoriya" (Çexiya) - 0:4
Qollar:
Marek Bakoş, 7 (0:1), 40-pen. (0:3), Pavel Horvat, 28-pen. (0:2), Daniel Koler, 72 (0:4)

22:30. "Valletta" (Malta) - "Ekranas" (Litva) - 2:3
Qollar:
Uçenna Umeh, 15 (0:1), Daynius Qleveçkas, 22 (0:2), Raymunas Radaviçyus, 41-pen. (0:3), Mixael Mifsud, 43 (1:3), Vilyam Barboza da Silva, 90-pen. (2:3)

23:00. "Maribor" (Sloveniya) - "Düdelanj" (Lüksemburq) - 2:0 Qollar: Soares Arquş, 36 (1:0), Agim İbrahimi, 45 (2:0)

23:00. "Moqren" (Çernoqoriya) - "Liteks" (Bolqarıstan) - 1:2 Qollar: Miodraq Zeç, 14 (1:0), Svetoslav Todorov, 77 (1:1); 79 (1:2) 

23:15. "Slovan" (Slovakiya) - "Tobol" (Qazaxıstan) - 2:0
Qollar:
Filip Sebo, 41 (1:0). Karim Quede, 81 (2:0)
Qırmızı vərəqə: Yuray Halenar, 67 ("Slovan")
 
00:00. "Şemrok" (İrlandiya) - "Flora" (Estoniya) - 1:0
Qol:
Kris Törner, 34 (1:0)

13 iyul

21:00. "Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova)

22:00. "Malmö" (İsveç) - "Torshavn" (Farer adaları)

22:00. "Makkabi" (Hayfa, İsrail) - "Borats" (Bosniya və Herseqovina)

22:30. "Banqor Siti" (Uels) - HİK (Finlandiya)

23:00. "Skenderbü" (Albaniya) - APOEL (Kipr)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Neftçi" (AZƏRBAYCAN)

23:30. "Şturm" (Avstriya) - "Videoton" (Macarıstan)

23:30. "Skonto" (Latviya) - "Visla" (Polşa)

23:45. "Partizan" (Serbiya) - "Skendiya" (Makedoniya)

23:45. "Rusenborq" (Norveç) - "Braydablik" (İslandiya)

23:45. "Linfild" (Şimali İrlandiya) - BATE (Belarus)


Son xəbərlər