"Dinamo" "Neftçi" ilə oyuna əvəzolunmaz futbolçu itkisi ilə çıxacaq

"Dinamo" "Neftçi" ilə oyuna əvəzolunmaz futbolçu itkisi ilə çıxacaq
XƏBƏR 12 İyul 2011 / 22:59 2506
-  A +

Xorvatiyanın "Dinamo" klubu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə iyulun 13-də Zaqrebdə keçirəcəyi ilk oyuna itki ilə çıxacaq. Qol.Az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Krunoslav Yurçiç bildirib.

Yurçiç deyib ki, müdafiə xəttinin əvəzedilməz üzvü Leandro Kufre zədə üzündən meydançaya çıxmayacaq. Baş məşqçi heyətdə güclü oyunçuların yer aldığını və onların Kufrenin yoxluğunu unutdura biləcəklərinə ümid etdiyini söyləyib. Bu mövqedə isə Domaqoy Vida çıxış edəcək.

Qeyd edək ki, "Dinamo" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Son xəbərlər