Belçika yığmasının futbolçusu klubunu dəyişdi

Belçika yığmasının futbolçusu klubunu dəyişdi
XƏBƏR 12 İyul 2011 / 21:31 1744
-  A +

Belçikanın "Standard" klubunun yarımmüdafiəçisi Aksel Vitsel Portuqaliyanın "Benfika" komandasına keçib. Qol.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Aksel Vitsel həm də Belçika yığmasının üzvüdür. O, martın 29-da Brüsseldə keçirilmiş Avro-2012-nin seçmə qrup matçında Azərbaycan millisinə qarşı 90 dəqiqə forma geyinib. Oyun Belçikanın 4:1 hesabı ilə nəticələnib. Vitsel martın 25-də Avstriyanı 2:0 hesabı ilə yendikləri səfər matçında komandasının hər iki qolunu vuraraq diqqətləri öz üzərində toplayıb.   

Son xəbərlər