Azərbaycan – Belçika matçının başlama saatı və yeri açıqlandı

XƏBƏR 12 İyul 2011 / 14:18 2178
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Belçika milli komandaları arasında sentyabrın 2-də keçiriləcək matçın yeri və başlama saatı müəyyənləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Görüşün start fiti saat 21:00-da çalınacaq. Hakimlər briqadası isə hələ məlum deyil.

Qeyd edək ki, Belçika ilə oyundan 4 gün sonra millimiz Lənkəran şəhər mərkəzi stadionunda Qazaxıstanı qəbul edəcək. Matç saat 20:00-da başlanacaq.

Son xəbərlər