“Dinamo” - “Neftçi” oyununa bütün biletlər satılıb

“Dinamo” -  “Neftçi” oyununa bütün biletlər satılıb
XƏBƏR 12 İyul 2011 / 13:26 1931
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutacaq “Dinamo” – “Neftçi” oyununa maraq olduqca böyükdür. Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq biletlərin hamısı satılıb.

Dünən Bakı vaxtı ilə saat 12:00-da stadionun kassaları açılıb. Saat 19:15-də isə biletlər qurtarıb. Bununla bağlı azarkeşlər klub rəhbərliyinə müraciət edərək, əlavə 3 min bilet tələb ediblər. Ancaq rəhbərlik əlavə olaraq, satışa cəmi 1000 bilet buraxmaq imkanı olduqlarını bildiriblər.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Son məlumatlara görə, oyuna 35 min bilet satılıb. UEFA təhlükəsizlik tədbirlərinə görə, əlavə 3 min biletin satışına icazə verməyib.

Son xəbərlər