Kaxaber Sxadadzenin «İnter»də apardığı ilk islahatın «qurbanlar»ından biri də Əliyar İsmayılov idi. Valentin Xodukinin kapitan seçdiyi dağıstanlı gürcü baş məşqçiyə lazım olmadı. «Bankirlər»dən incik ayrılan müdafiəçi hazırda karyerasını Rusiyada davam etdirir. Krasnodarın «Bioloq-Novıykubansk» klubunun şərəfini qoruyur. İkinci liqada mübarizə aparan komanda ilə müqavilə bağlayan Əliyar 3-cü dəfə ölkəmizə qayıtmaq təklifinə müsbət yanaşır. «Qarabağ» və «Turan»ın sabiq üzvü «Sport Favorit» qəzetinə müsahibəsində Sxadadzedən narazılığını açıq şəkildə bildirdi.
- «İnter»i niyə tərk etdin?
- Kaxaber Sxadadze məni saxlamadı. «İnter»də qalsaydım, aramızda narazılıq yarana bilərdi. Prinsip aparıb, məni ehtiyatda saxlayacaqdı. Baş məşqçiylə aramızda problem yaranmasını istəmədim. Ona görə də getdim.
- Sxadadze səni niyə saxlamadı?
- Onun futbola baxışı başqadı. Ola bilsin, sisteminə uyğun gəlməmişəm. «İnter»dən getməyimə görə kimisə günahkar çıxarmaq istəmirəm. Sxadadze istəsəydi, məni saxlayardı. İstəmədi, mən də getdim.
- Sxadadzenin öz gürcülərinə üstünlük verməsinin arxasında nə dayanır?
- Yəqin onları yaxşı tanıyır. Sxadadze gətirdiyi futbolçularla nəticə qazanacağına inanırdı, onlara etimad göstərirdi. «İnter»in əsasını gürcülər təşkil edirsə, yaxşı olardı ki, Kaxa komandanın adını dəyişdirib, Tbilisi «Dinamo»su qoysun (gülür).
- Səncə, yerinə gələnlər etimadı doğrulda bildilər?
- Onda komanda indikindən daha yaxşı oynayırdı. Bu vaxt «İnter» ölkə çempion oldu, iki dəfə kubokun finalında oynadıq. Bizim dövrdə komanda avrokuboklardan kənarda qalmadı. Yeni gələnlər də çempionluq yaşadılar. Kuboku da qazanmağa yaxın idilər. «İnter»in yeni heyəti ilə fərqimiz o oldu ki, onlar «Birlik kuboku»nu əldə etdilər. Əslində bu, gözlənilən idi. Çünki son vaxtlar «Birlik kuboku»na digər klublar güclü heyətlə qatılmırlar. «İnter»in hazırkı heyəti avrokuboklarda iki-üç mərhələ keçib, uğur qazansaydı, deyərdim ki, nəsə ediblər. Ötən mövsümü də titulsuz başa vurdular. Kaxaber Sxadadzenin güvəndiyi və gətirdiyi səviyyəli futbolçular budu? «İnter»də nə dəyişib ki? Ötən illərlə müqayisədə deyərdim ki, komanda geriləyir və nüfuzunu itirə-itirə gedir.
- Kaxanın xarakteri baş məşqçi kimi futbolçularla münasibət qurmasına mane olur. Bununla razılaşırsan?
- Sxadadze futbolu çox yaxşı bilir. Onun bir mütəxəssis kimi savadlı olduğunu gördüm. İnsan kimi isə futbolçularla davranışını və münasibət qurmasını demək çətindi. Çünki mən onunla az işləmişəm. Əgər insani keyfiyyətlərində problem varsa, bu, istər-istəməz baş məşqçinin imicinə zərbə vurur.
- Kənardan necə görürsən: bu gedişlə «İnter»in gələn mövsümdə uğur qazanması mümkündür?
- Belə olsa, klub rəhbərliyi məsələyə qarışacaq. Nəticə olmasa, Sxadadzeylə yollarını ayırcaqlar. Bunlar klub prezidentinin verəcəyi qərardan asılıdı.
- «İnter»dən ayrılandan sonra hansısa komandadan dəvət almışdın?
- Azərbaycanda qalıb oynaya bilərdim. «Karvan» və «Standard»dan dəvət almışdım. Bu komandalarla razılığa gəlməməyimin səbəbi iddialı olmamaları idi. Premyer Liqada ilk «altılıq»da mübarizə aparan komandalarda oynamaq mənim üçün daha maraqlıdı. Ona görə, gələn təklifləri qəbul etmədim.
- İndi belə bir təklif gəlsə, qayıdarsan?
- Variantlar olsa, gələrəm. Komanda yüksək dəstədə qalmaq uğrunda mübarizə aparacaqsa, artıq danışmağa dəyməz. İlk «altılıq»da yer almaq üçün döyüşən komanda olsa, kömək etməyə hazıram.
- Avrokuboklarda təmsilçilərimizin çıxışından xəbərin var?
- AZAL-ın məğlub olmasından xəbər tutdum. «Minsk»i keçmək olardı. Rəqib elə də güclü deyildi. «Qarabağ»ın oyununu da izlədim. Qurban Qurbanov heyəti formalaşdırdığı kimi də qoruyub saxlayıb. Artıq üçüncü ildi ki, komanda eyni heyətlə avrokuboklarda iştirak edir. Mənə elə gəlir ki, «Qarabağ»ın üstünlüyü elə bundadı. Futbolçular bir-birlərini yaxşı başa düşürlər, Avropada oyun təcrübələri var. Səhv etmirəmsə, «Qarabağ»ın növbəti mərhələdə rəqibi Farerdən olmalıdır. Bu turda da qalib gəlib, üçüncü mərhələyə yüksələcəklər. Ondan sonrası püşkdən asılı olacaq. Münasib rəqib çıxsa, «Qarabağ» yenə pley-offa qədər irəliləyə bilər. «Neftçi» və «Xəzər Lənkəran»ın işi bir qədər çətindi. Xüsusilə də «Neftçi»nin. Zaqreb səfərindən sərfəli nəticəylə qayıtmaq asan məsələ deyil. Xorvat azarkeşləri görəndə artıq hər şey məlum olur. «Neftçi» müdafiədə diqqətli oynamalıdı ki, rəqibin hücumlarının qarşısını alsın. «Dinamo» həddən artıq güclü rəqibdi. «Xəzər Lənkəran»a da çətin rəqib düşüb. Bu ikisi də mərhələ keçsə, böyük sürpriz olar.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha 2 medal
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə