Türkiyədə təlim-məşq toplanışını başa vuran "İnter"in baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi sayıtna müsahibə verib. Qol.Az-ın məlumatına görə, Sxadadze Türkiyə toplanışının yekunları və komandaya yeni futbolçuların gəlməsi bağlı fikirlərini bildirib:
"Mən toplanışın yekunundan razıyam. Böyük həcmli iş yerinə yetirdik. Bu toplanışın əsas məqsədi növbəti hazırlığın özülünün qoyulmasından ibarət idi və mən düşünürəm ki, bu, bizə müyəssər oldu. Futbolçulara fiziki yükləmə böyük oldu, onlar çox yoruldular, buna baxmayaraq, qarşılarına qoyulmuş tapşırıqların öhdəsindən gəldilər. Qeyd edim ki, Türkiyədə keçirilmiş yoxlama matçlarında komandamız oyundan oyuna irəliləyirdi.
Onu da deyim ki, bir neçə mövqeyi gücləndirmək lazımdır. Komandanın güclənməyə ehtiyacı var. Türkiyəyə baxışa bir neçə futbolçu gəldi. Bütün bu futbolçular azad agentlər idilər, bu isə o deməkdir ki, onlar komandasız qalmışdılar və tam proqramla məşq etmək imkanına malik olmamışdılar, fərdi qaydada məşq etmişdilər. Onlar toplanışa hazırlıqsız vəziyyətdə gəlmişdilər və onları yaxşı vəziyyətə gətirmək üçün vaxt tələb olunurdu. Bizimlə toplanışda olan iki oyunçuya komandayla ikinci toplanışa yollanmağı təklif etdim. Orada bir müddətdən sonra onların da gələcəyinə aydınlıq gətiriləcək. Təbii ki, onlar bizim təklifi qəbul edib ikinci toplanışa getmək istədikləri halda dediklərim reallaşa bilər.
Bundan başqa, hər hansı bir baxış keçirilmədən komandada görmək istədiyim iki futbolçu var. Bu məsələ ilə bağlı klub rəhbərliyilə söhbət etmişik. Onlar bu iki oyunçunu komandaya cəlb etməyə razılıq verdilər və bu istiqamətdə danışıqlar gedir. Hər şey yaxın günlərdə müəyyənləşəcək. Bu futbolçuların komandamıza keçmələrini çox istərdim, axı, onlar komandanı çox gücləndirə bilərdilər".
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video