Ağdamın "Qarabağ" klubu daha bir məşqçini heyətinə qatıb. Qol.Az-ın məlumatına görə, "Qarabağ"ın sıralarına vaxtilə "Kayserispor"un kapitanı olmuş Uğur Kulaksız da qoşulub. Uşaq futbolunda Hemdi Sərpil Tüzünün köməkçisi olacaq Uğur klubun rəsmi saytına verdiyi müsahibədə "Qarabağ"a gəlişi haqda fikirlərini bölüşüb:
- Uğur hoca, özünüz haqqında məlumat verərdiz?
- 1974-cü ildə Konyada anadan olmuşam. Futbola elə orada başlamışam. 18 yaşım olan "Ereğlispor"da peşəkar futbol həyatına başlamışam. Eyni zamanda da universitetdə idman bölümünə daxil oldum. Amma futbol eşqi məni rahat buraxmırdı. Sonradan
"Kayseripsor"a transfer oldum. Və uzun illər orda oynadım, kapitanlığa qədər yüksəldim. Karyeramı Kayserinin başqa bir komandası olan
"Kayseri Şəkərspor"da bitirdim.`
- Tərcüməyi-halınıza nəzər salarkən futbolçu karyeranızı erkən bitirdiyinizi görürük.
- Hə elədi. Təhsilə üstünlük verməyim, eləcə də başqa səbəblər futboldan tez ayrılmağıma səbəb oldu.
- Məşqçiliyə necə başladınız?
- Demək olar ki, məşqçilik haqqında həmişə fikirləşmişəm. Elə oxuya-oxuya fərqli komandaları çalışdırmışam. "Kayserispor"un aşağı yaş qruplarından əvəzedicilərə qədər pillə-pillə irəlilədim. Ardınca "Erciyesspor" 1-ci liqada oynayanda yardımçı məşqçi olmaq təklifi gəldi və mən də razılaşdım.
- Bəs, "Qarabağ"a gəlişiniz necə oldu?
- "Qarabağ"ın uşaq futbolunda dünyanın seçilən məşqçilərindən olan Hemdi Serpil Tüzün çalışır. O, bütün gənc türk məşqçilər üçün bir simvoldur. Onunla görüşməmiz oldu və mənim "Qarabağ" gəlişim reallaşdı.
- Daha öncə Azərbaycan haqqında bir bilginiz var idi?
- Hə, mən "Kayserispor"un əvəzedicilərini çalışdırarkən Rəşad Sadıqov o zaman bizim əsas komandada top qovurdu. Rəşadla yenidən burda görüşməyimə şad oldum. O zaman həqiqətən "Kayserispor"da sevilən adlardan idi.
- İndi Türkiyədə tanınan futbolçulardan hansılarla işləmisiz?
- İlhan Parlak və Abdullah Durak mənim yetirmələrim olub.
- Artıq "alt yapı"yla tanış olmusuz?
- Məşqçilərlə tanış olmuşam. Məni olduqca isti qarşıladılar. Buna görə onlara öz təşəkkürümü bildirirəm.
- "Qarabağ" hər zaman öz yetirmələrinə üstünlük verir. Bu nə dərəcədə sizin üçün önəmlidi?
- Əlbəttə, bu uşaqlarla işləyən məşqçi üçün çox böyük üstünlükdü. Öz yetirmələrinlə işləmək həm maddi cəhətdən kluba üstünlük verir, həm də uşaqlara artıq əsas komadada oynayanları örnək göstərərək motivasiya edə bilirsən. Ona görə də bunun özü belə gözəl bir şansdı. Qurban hocanın daim gənclərə şans verməsi, ümumililkdə futbolun inkişafı üçün çox önəmlidi. Axı, son 3 ildə "Qarabağ"ın Avropada gənclərlə uğur qazanması doğru olan yolu göstəricisidir.
- "Qarabağ"da hədəfləriniz nədi?
- Xüsusilə, onu qeyd etmək istəyirəm ki, bazada insanlarla danışarkən və ümumi ab-havadan hiss edirsən ki, "Qarabağ"ın özəl bir ruhu var. Özünü bu ailədən hiss etmək insana xüsusi bir güc verir. Mən də var gücümlə çalışacağam ki, "Qarabağ"da yeni futbolçuların yetişdirilməsində faydalı olum. Hiss olunur ki, klubun bəlli bir strategiyası var. Və bu yolda səbirlə irəliləyirlər. İnsanın nəyə xidmət etdiyin bilməsi çox vacibdir. Mən də doğru yolda addımladığıma əminəm.
- "Qarabağ"da hansı vəzifəni tutacaqsız?
- Hələlik, hansısa yaş qrupu mənə tapşırılmayıb. Əsas işim Serpil hocanın yardımçısı kimi bütün hər şeyə nəzarət etməkdir. Amma hansı görəv verilirsə ən yaxşısını etməyə çalışacam.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha 2 medal
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə