“Dinamo”nun hücumçusu: “Uğursuzluğu “Neftçi” ilə oyunda unutdurmaq istəyirəm”

“Dinamo”nun hücumçusu: “Uğursuzluğu “Neftçi” ilə oyunda unutdurmaq istəyirəm”
XƏBƏR 11 İyul 2011 / 16:05 1943
-  A +

“Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirdik. Bu görüşlərdə cəmi bir top vura bildik. Amma bu, Krastanoviçlə mənim yaxşı hücumçu olmadığım anlamına gəlməməlidir. Həmin vaxt bizim zədə ilə bağlı problemlərimiz var idi”.

Qol.Az-ın Xorvatiya mətbuatına istinadən yaydığı məlumatına görə, bu sözləri “Neftçi” ilə oyunöncəsi “Dinamo” klubunun hücumçusu Fatoş Beçiray deyib. Forvard yoxlama oyunlarındakı uğursuzluğu “Neftçi” ilə matçda unutdurmaq istədiyini bildirib:

“Həmin görüşlərdə çox qol vurmaq istəyirdim. Ancaq müəyyən səbəblərə görə alınmadı. Yoxlama matçlarındakı uğursuzluğu “Neftçi” ilə oyunda unutdurmaq istəyirəm”.

Qeyd edək ki, Beçiray ötən mövsüm Avroliqanın ikinci təsnifat mərhələsində qarşılaşdıqları “Bakı” ilə ilk oyunda komandamızın qapısına vurulmuş yeganə qolun müəllifi olub. Həmin vaxt hücumçu “Buduçnost” klubunun şərəfini qoruyurdu.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu