Rusiyanın “Anji” klubunun braziliyalı futbolçusu Roberto Karlos “Krılya Sovetov”la ölkə çempionatı matçında ona banan atan azarkeşi bağışlayıb.
Qol.Az-ın məlumatına görə, bunu 38 yaşlı müdafiəçinin özü “Sovetskiy Sport” qəzetinə müsahibəsində deyib.
“Sambaçı” bildirib ki, onun üçün əsas məsələ olaya ictimaiyyətin biganə qalmamasıdır: “Təlim-məşq toplantısı vaxtı mənə dedilər ki, Samaradakı olay barədə hətta Rusiya Dumasında da danışılıb. İnanıram ki, Rusiya əhalisinin 99,9 faizi Roberto Karlosa həm insan, həm də futbolçu kimi hörmət edir. Axmaqlıq edən bir personaj isə gözəl ölkənin obrazını ləkələyə bilməz”.
Banan atan hələ tapılmasa da, məşhur futbolçu onunla görüşmək istədiyini söyləyib. Roberto Karlos hadisənin səbəbkarını bağışladığını açıqlayıb: “Qoy, həmin insan eşitsin: Mən elə bir ölkədən gəlmişəm ki, orada bəzi insanlar səhər yeməyə çörək tapmırlar. O isə yeməyi meydançaya tullayır. Bütün rusiyalılara, o cümlədən, məni incidənə uğurlar arzulayıram. Onun nəyə görə belə etdiyini anlamıram. Bəlkə həyatında hansısa problemləri var, köməyə ehtiyac duyur. Ümidvaram ki, o, özünə gələcək və həyatında hər şey yaxşı olacaq. Onunla tanış olmağın əleyhinə deyiləm. Mən bağışlamağı bacarıram və artıq onu bağışlamışam da”.
Qeyd edək ki, iyunun 22-də keçirilmiş “Krılya Sovetov” – “Anji” oyunu zamanı tribunadan samaralı azarkeşlərdən biri Roberto Karlosa banan atıb. Bu, “Anji”nin kapitanının Rusiyada üzləşdiyi ikinci analoji olay olub. İlk dəfə martın 23-də “Zenit”lə qarşılaşmada sankt-peterburqlu fanatlardan biri “sambaçı”ya banan uzadıb.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”