Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını başa vuran Bakının "İnter" klubu iyulun 9-da sonuncu yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, Rusiyanın "Terek" klubuna 1:2 hesabı məğlub olan "İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına oyun haqda fikirlərini bildirib:
"Biz əvvəldən və nəticələrdən asılı olmayaraq, oyunları iki heyətlə keçirməyi planlaşdırmışdıq. Bu gediş bizim toplanış proqramına daxıl idi. Etiraf edirəm ki, birinci yoxlama görüşündə “Metallurq” klubunu 4:0 hesabı ilə məğlub etsək də, komandamız bu oyunda çox zəif təsir bağışladı. İkinci qarşılaşma bizim üçün daha yaxşı keçdi. “Terek”lə keçirilən görüşün birinci hissəsi isə komandamızın irəliləyişini aydın göstərdi. Birinci hissədə yaxşı futbol sərgilədik.
Çoxdandır bir yerdə oynayan futbolçuların bir-birini yaxşı başa düşməsi xoşuma gəldi. Sürətdə və hərəkətdə də çox artırmışıq, biz hətta bəzi məqamlarda rəqib komandanı üstələyirdik. Lakin ikinci hissədə meydana çıxan futbolçular çoxlu səhvlərə yol verdilər. Bu haqda mən onlara oyundan sonra da dedim. Bu futbolçulara və xüsusilə komandamıza təzə gələn oyunçulara öz üzərində çox işləmək lazımdır.
Onlar başa düşməlidirlər ki, "İnter" klubunda öz işinə yanaşma tərzi və tələblər başqadır. Onlara komandamızın sərgilədiyi oyuna uyğunlaşmaq lazımdır. Futbolçularda öz işinə peşəkar yanaşma və çalışmalara böyük həvəs var. Bilirəm ki, buna uyğunlaşmaq üçun 3 həftə çox az müddətdir, amma oyunlar və məşqlərdəki tapşırıqlar bizə tez bir zamanda buna nail olmağa kömək edəcək".
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”