Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını başa vuran Bakının "İnter" klubu iyulun 9-da sonuncu yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, Rusiyanın "Terek" klubu ilə qarşılaşan "İnter" görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
"Теrek" klubunun yarımmüdafiəçisi Aleksandr Pavlenko oyunla bağlı və "İnter" komandası haqda fikirlərini bölüşüb:
"Mən elə başa düşdüm ki, birinci hissədə sizin komandanızın heyətində əsas futbolçular oynadı ,fasilədəsə onların yerinə yeni futbolçular və yaxın ehtiyat üzvləri meydana daxil oldular. Bunu oyunun gedişindən də başa düşmək olar. Birinci hissədə bərabər səviyyəli oyun getdi, lakin "İnter" yaradılan qol fürsətindən yararlana bildi, biz isə yox. Amma ikinci hissədə biz təşəbbüsü əla aldıq. Demək istərdim ki, oyunun yoldaşlıq statusu daşımasına baxmayaraq, biz qələbə qazanmaq istəyirdik.
Etiraf edim ki, Azərbaycan çempionatını izləmirəm, lakin bununla belə, əminliklə söyləyə bilərəm ki, "İnter" ölkənizin ən güclü klublarından biridir. Görünür ki, "İnter" çox təcrübəli komandadır. Mənim fikrimcə, sizin komandanız növbəti mövsümdə ötən mövsümə baxanda daha yaxşı çıxış edəcək və fürsətdən istifadə edib "İnter"ə gələcəkdə uğurlar arzulayıram.
Əlavə etmək istərdim ki, mən Moskvanın "Spartak" klubunda birgə çıxış etdiyim Valeri Abramidze və Georgi Lomayanı görməyə çox şad oldum. Onlar mənə Azərbaycan futbolu barədə məlumat veriblər".
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”