“Liderliyimizin təsadüfi olmadığını sübut etmək üçün “Qarabağ”ı məğlubbiyyətə uğratmalıyıq”. Bu sözləri Qol.Az-a sabah “Qarabağ”la keçiriləcək çempionat oyunu öncəsi “Bakı”nın futbolçusu Cəmşid Məhərrəmov deyib. Cəmşid rəqibin güclü olduğunu və onlara hörmətlə yanaşdıqlarını vurğulayıb: “Təbii “Qarabağ” güclü komandadır. Ümumiyətlə, çempionatda zəif rəqib anlayışı olmamalıdır. Bütün rəqiblərinə hörmət etməli və onlardan ehtiyatlanmalısan. Üstəlik biz çempionluğa oynayırıq və hər oyunda məsuliyyətli olmalıyıq. Düşünürəm ki, sabah azarkeşlər gözəl futbol izləyə biləcəklər”. Əslən ağdamlı olan Məhhərəmov sabahkı qarşılaşmada bu faktorun onun üçün heç bir əhəmiyyət daşımayacağını deyib: “Qarabağ”a yalnız uğurlar arzulaya bilərəm. Düzdür, özüm də ağdamlıyam. Amma sabahkı oyunda bu, mənim üçün heç bir əhəmiyyət daşımayacaq. Peşəkar futbolçuyam. Əgər bu gün “Bakı”nın çörəyini yeyib, “Bakı”nın fomasını geyinirəmsə, deməli, onun uğuru üçün də meydançada canımı qoymalıyam”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda