"Qalatasaray"dan heç-heçə, Ardadan ağır zədə

"Qalatasaray"dan heç-heçə, Ardadan ağır zədə
XƏBƏR 11 İyul 2011 / 02:32 2115
-  A +

Türkiyənin "Qalatasaray" klubu Almaniyada keçirdiyi təlim-məşq toplantısı çərçivəsində ikinci yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, rəqib yerli "Unterhaxinq" komandası olub.

Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. "Sarı-qırmızılar"ın qolunu 52-ci dəqiqədə Kazım Kazım vurub. 63-cü dəqiqədə isə Arda Turan baldırından aldığı diz zərbəsi üzündən ağır zədələnib. Oyunu yarımçıq tərk etmiş Ardanın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.  

"Qalatasaray" oyunu bu heyətlə keçirib: Ufuk, Sabri, Sərvət, Uyfaluyşi (Gökhan Zan, 46), Hakan Balta (Çağlar, 77), Pino (Kazım, 46), Yekta (Selçuk, 46), Ceyhun (Əmrə Çolak, 77), Kuio (Arda Turan, 46 - Aydın, 63), Stanku (Anıl, 77), Baroş (Elmander, 46)

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə