Aziz Yıldırım xəstəxanadan çıxdı, hakimin qərarını gözləyir

Aziz Yıldırım xəstəxanadan çıxdı, hakimin qərarını gözləyir
XƏBƏR 9 İyul 2011 / 23:41 1685
-  A +

Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaq çərçivəsində tutulması tələbi ilə məhkəməyə verilən "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım xəstəxanadan çıxarılıb. Qol.Az-ın məlumatına görə, Yıldırım xəstəxanadan vəkilləri ilə birgə İstanbul Ədliyyə İdarəsinə gətirilib. 

O, ədliyyədə hakim qarşısına çıxacaq. Klubu prezidenti hakimin verəcəyi qərardan asılı olaraq ya tutulacaq, ya da azadlığa çıxacaq. 

Qeyd edək ki, ötən gün dövlət ittihamçısı Mehmet Bərk tərəfindən dindirildiyi vaxt Aziz Yıldırımın səhhəti pisləşib. Yıldırım təcili yardım maşını ilə xəstəxanaya göndərilib.    

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə