Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu bu gün sonuncu yoxlama görüşünü keçirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı komandasının rəqibi Rusiya Premyer Liqasında çıxış edən "Terek" klubu olub. Oyun Qroznı təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Halbuki "İnter" ilk yarını öndə tamamlayıb. Fasilə ərəfəsində Girts Karlsons fərqlənib. "Terek" ikinci yarıya 5 əvəzləmə ilə başlayıb. Yeni oyunçulardan baxışda olan danimarkalı Yonas Borrinqin ötürməsindən sonra Vlasov hesabı bərabərləşdirib. Oyunda yekun nöqtəni isə Sadayev qoyub.
"İnter"in start heyətində Georgi Lomaya, Arif Daşdəmirov,Valeri Abramidze,Vladimir Levin(k), İlia Kandelaki, Bronislav Çervenka, Samir Zərgərov, Asif Məmmədov, Petar Zlatinov, Girts Karlsons və baxışda olan futbolçu (klubla müqaviləsi olmadığına adı açıqlanmır) yer alıb.
Ötən yoxlama görüşlərdə olduğu kimi, bu dəfə də Kaxaber Sxadadze fasilədə heyət dəyişikliyinə əl atıb. Baş məşqçi meydana Səlahət Ağayev, Xəyal Mustafaev, Rüstəm Abbasov, Ruslan Poladov, Nizami Haciyev, Daniel Genov, Şəhriyar Rəhimov, Baçana Tsxadadze və baxışda olan digər futbolçunu buraxıb. İkinci hissənin gedişində gürcüstanlı mütəxəssis daha iki əvəzetməyə əl atıb. O, Elnur Abdulovla Asif Miriliyə də şans verib.
Qeyd edək ki, bu, Kaxaber Sxadadzenin komandasının toplanış çərçivəsində sonuncu yoxlama matçı olub. "İnter" daha öncə Ukraynanın "Metallurq"(Zaporojye) klubunа 4:0 hesabı ilə qalib gəlib. Türkiyənin "Mersin İdman Yurdu" kollektivi ilə görüş isə bərabərliklə sonuclanıb - 3:3. "İnter" iyulun 12-də Bakıya qayıdacaq.
9 iyul
Yoldaşlıq görüşü
20:00. "İnter" - "Terek" - 1:2
Qollar: Girts Karlsons (1:0). Oleq Vlasov (1:1). Zaur Sadayev (1:2)
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”