Dopinq qalmaqalı cəzasız ötüşdü

Dopinq qalmaqalı cəzasız ötüşdü
XƏBƏR 9 İyul 2011 / 17:00 1601
-  A +

Meksika Futbo Federasiyası İntizam Komitəsi adı dopinq qalmaqalına qarışan 5 futbolçu haqda qərar çıxarıb. Qol.Az-ın məlumatına görə, komitə üzvləri futbolçuların cəzalanmasını lazım bilməyiblər.

Çünki qanlarında klenbuterol aşkarlanan oyunçuların həmin maddəni bilərəkdən qəbul etmədikləri məlum olub. Maddə futolçuların qanına qidalandıqları ət vasitəsilə daxil olub.

Qeyd edək ki, klenbuterol adlanan maddə heyvanlarda əzələ artımını sürətləndirmək üçün istifadə olunur.

Son xəbərlər