“Neftçi” Zaqrebdə müdafiə futbolu oynayacaq”

“Neftçi” Zaqrebdə müdafiə futbolu oynayacaq”
XƏBƏR 9 İyul 2011 / 14:08 2566
-  A +

"Heyətində maraqlı oyunçular olan təcrübəli komandadır. Mən əminəm ki, “Neftçi” Zaqrebdə müdafiə futbolu oynayacaq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin ÇL-in ikinci təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Dianmo” klubunun idman direktoru Zoran Mamiç deyib.

Buna baxmayaraq, klub rəsmisi doğma meydanda yaxşı nəticə qazanacaqlarına əmin olduğunu bildirib:

“Vaxt az olduğu üçün yaxşı hazırlaşa bilmədik. "Neftçi"yə qarşı optimal formada deyilik. Ancaq biz Zaqrebdə sərfəli nəticə qazanmağa çalışacağıq. Komandamızda kifayət qədər səviyyəli oyunçular yer alır. Onlar doğma meydandakı qarşılaşmanın taleyini həll etməyə qadirdirlər”.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” oyunun iyulun 13-də Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

Son xəbərlər