"Oyunun bu hesabla başa çatmasına üzüldük"

"Oyunun bu hesabla başa çatmasına üzüldük"
XƏBƏR 9 İyul 2011 / 13:15 2329
-  A +

“Oyundan sonra baş məşqçi bizə yaxınlaşdı və qələbə münasibətilə təbrik etdi. O rəqibin haqqımızda söylədiklərinin cavabını meydanda verdiyimizi söylədi”.

Qol.Az-ın Belorusiyanın Football.by saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-la oyundan sonra “Minsk” klubunun hücumçusu Nikolay Zenko deyib.

Forvard oyunun bu hesabla bitməsini komandasının təcrübəsizliyi ilə əlaqələndirib: “Üzülürük ki, oyun bu hesabla başa çatdı. Kifayət qədər qol imkanlarımız oldu. Cəmi ikisindən yararlana bildik. Çox qol vurmaq üçün təcrübəmiz çatmadı”.

Qeyd edək ki, “Minsk” – AZAL oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər