Arsen Venger: “Bu futbolçuları saxlamaq üçün nə lazımdırsa, edəcəyik”

Arsen Venger: “Bu futbolçuları saxlamaq üçün nə lazımdırsa, edəcəyik”
XƏBƏR 9 İyul 2011 / 12:41 1989
-  A +

“Arsenal” Avropa nəhənglərinin hədəfində olan futbolçuları – Sesk Fabreqas və Samir Nəsrini buraxmaq niyyətində deyil.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, “topçular”ın baş məşqçisi Arsen Venger aparıcı oyunçuların komandada qalması üçün əlindən gələni edəcəyini deyib:

“Bizim mövqeyimiz dəyişilməz olaraq, qalır. Fabreqasın “Arsenal”da qalması üçün əlimizdən gələni edəcəyik. Eyniz sözləri Nəsriyə də aid etmək olar. Bu futbolçuları saxlamaq üçün nə lazımdırsa, edəcəyik”.

Nəsrinin Asiya turnesində iştirak edəcəyini söyləyən təcrübəli mütəxəssis Fabreqasın barmağındakı zədəyə görə həmin toplanışdan kənarda qalacağını bildirib. Vengerin sözlərinə görə, İspaniya millisinin üzvü Londonda fərdi qaydada məşq edəcək.

Qeyd edək ki, Fabreqas “Barselona”nın, Nəsri isə “Mançester Yunayted” və “Mançester Siti”nin hədəfindədir.

Son xəbərlər