Yeni mövümün hazırlıqlarını Gəncədə davam etdirən “Kəpəz” komandanı formalaşdırmaq istiqamətində işləri davam etdirir. Bir neçə yerli futbolçu ilə razılığa gələn gəncəlilər artıq legionerləri də sınaqdan keçirirlərlər. Bu barədə məlumatı Qol.Az-a klubun mətbuat katibi Məqsəd Rəhimov verib.
Onun sözlərinə görə Afrikadan baxışa gələn 4 futbolçu ilə bərabər daha 4 legioner də sınaqdan keçirən Mehman Allahverdiyev artıq onlardan ikisini növbəti mövsümdə görmək istəmədiyini bildirib. Ümidləri doğrultmayan futbolçular Rusiyanın Ryazan futbol klubunun şərəfini qorumuş, mərkəz müdafiəçisi 1980-cı il təvəllüdlü Nelson Leo və Moldovanın “Tiraspol” futbol klubunda oynamış hücumçu 1989-cu il təvəllüdlü Yuri Bondarçukdur.
Gündə iki dəfə intensiv məşqlər edən “Kəpəz” yeni oyunçuları da sınaqdan keçirir. Dünən klubun düşərgəsinə daha iki ukraynalı futbolçu qatılıb. Bu hücumçu 1988-ci il təvəllüdlü Valeri Radçenkodur. Dinamo Kiyev futbol akademiyasının yetirməsi olan Radçenko 2009-cu ilin mart ayına qədər Kiyev Dinamosunun əvəzedicilərinin heyətində, sonralar isə “Poltava” və “Dnestr” klublarında top qovub.
Baxışa qatılan ikinci ukraynalı futbolçu isə yarımmüdqafiəçi 1985-ci il təvəllüdlü Vladimir Çulanovdur. O Ukraynanın Çerniqov şəhərinin “Desna”, Sevastopolun eyni adlı komandasında, Xarkovun “Qelius” klublarında oynayıb.
Məqsəd Rəhimov əlavə edib ki, hazırda “Kəpəz”in məşqçilər korpusu futbolçuların fiziki və taktiki vəziyyətlərini yoxlayırlar və yaxın vaxtlarda daha bir neçə yeni futbolçunun baxış üçün komandaya qatılacağı gözlənilir.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi