"Çelsi"nin futbolçusu ağır zədə aldı

"Çelsi"nin futbolçusu ağır zədə aldı
XƏBƏR 8 İyul 2011 / 23:48 2397
-  A +

İngiltərənin "Çelsi" klubunun futbolçusu Mikael Essyen məşq vaxtı dizindən ağır zədələnib. Qol.Az-ın məlumatına görə, qanalı yarımmüdafiəçi xaçabənzər bağlarından xəsarət alıb.
 
Klubdan bildirilib ki, Essyen yaxın günlərdə tibbi müayinədən keçəcək. Müayinə nəticəsində 28 yaşlı oyunçunun zədəsinin ciddilik dərəcəsinə aydınlıq gələcək.

Daha çox


Son xəbərlər