"Anji" azərbaycanlı futbolçu alır

"Anji" azərbaycanlı futbolçu alır
XƏBƏR 8 İyul 2011 / 22:50 3490
-  A +

Rusiyanın "Anji" klubu Ukraynanın "Dinamo Kiyev" komandasının əslən azərbaycanlı futbolçusu Aleksandr Əliyevi almaq istəyir. Qol.Az-ın xəbərinə görə, bu barədə "Ura-inform.com"a Mahaçqala komandası daxilindəki mənbələrdən məlum olub. 

"Dinamo"nun baş məşqçisi Aleksandr Syomin Əliyevin satışına qarşı çıxıb. Çünki onlar hələ yarım il öncə Moskva "Lokomotiv"indən Kiyevə birgə gəliblər. Syomin yalnız oyunçunun yarım illik icarə variantını "Anji" ilə müzakirə edə bilər.

Lakin bu xəbəri nə "Dinamo"nun prezidenti İqor Surkis, nə də baş məşqçi Yuri Syomin təsdiqləyib. Surkis indiyədək "Anji"nin Əliyevlə bağlı "Dinamo"ya müraciət etmədiyini deyib. Syomin isə komanda yoldaşlarından bir həftə tez məzuniyyətə çıxan və fiziki hazırlıq üzrə məşqçi Maykl Çimanın rəhbərliyi altında yeni mövsümə hazırlaşan azərbaycanlı futbolçunu buraxmaq istəmədiyini söyləyib.  

Son xəbərlər