Aziz Yıldırım gecəni xəstəxanada keçirəcək (YENİLƏNİB)

Aziz Yıldırım gecəni xəstəxanada keçirəcək (YENİLƏNİB)
XƏBƏR 9 İyul 2011 / 01:25 2775
-  A +

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırımın İstanbul Ədliyyəsində dindirilməsi başa çatıb. Qol.Az-ın məlumatına görə, Yıldırım xüsusi səlahiyyətli prokuror Mehmet Bərk tərəfindən sorğu-sual edilib. 

Əvvəlcə o, polis idarəsindəki kimi, prokuror qarşısında da heç bir suala cavab vermək istəməyib. Lakin vəkilləri ilə məsləhətləşdikdən sonra fikrindən daşınıb. Yıldırım ifadə verməmişdən öncə tibbi müayinədən keçirilib.  

7 saatlıq dindirilmədən sonra prokuror klub prezidentini tutulması tələbi ilə məhkəməyə verib. Ona qarşı "Qruplaşmaya rəhbərlik etmə" və "Danışılmış oyuna sövq etmə" maddələri ilə cinayət işi açılıb. Yaxın saatlarda Növbətçi Məhkəmə prosesinin başlayacağı gözlənilir. Məhkəmə ya Yıldırımın həbsinə, ya da azadlığa buraxılmasına qərar verəcək.

Lakin Aziz Yıldırımın məhkəməsi baş tutmayıb. Buna klub prezidentinin səhhətinin yenidən pisləşməsi səbəb olub. Yıldırım ciddi mühafizə tədbirləri altında təcili yardım maşını ilə Şişli Etfal xəstəxanasına aparılıb. Bu səbəbdən, məhkəmənin baş tutub-tutmayacağı bilinmir.

Ən son məlumatlara görə, həkimlər Yıldırımın gecəni xəstəxanada keçirəcəyini bildiriblər. Onun xəstəxanaya aparılmasına isə ifadə verdiyi vaxt bir neçə gün öncə ürəyinə qoyulan stendin fəsadlar törətməsi və qanda şəkərinin 220-yə çıxması səbəb olub.

Son xəbərlər