Avrokuboklarda III təsnifat mərhələsinin püşkatmasının vaxtı müəyyənləşdi

Avrokuboklarda III təsnifat mərhələsinin püşkatmasının vaxtı müəyyənləşdi
XƏBƏR 8 İyul 2011 / 18:40 2273
-  A +

Avrokuboklarda üçüncü təsnifat mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, püşkatma mərasimi iyulun 15-də keçiriləcək.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərərgahında baş tutacaq püşkatma mərasimi zamanı avrokuboklarda iştirak edən komandalar “cütlük”lərə bölünəcəklər. Bakı vaxtı ilə 15:00-da Avroliqa, 16:30-da isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

Qeyd edək ki, tədbir UEFA-nın baş katibi Canni İnfantino və yarışların keçirilməsi üzrə komitənin direktoru Corcio Markettinin iştirakı ilə keçiriləcək.

Son xəbərlər