Əziz Yıldırım: "Danışsam, çox adam "yanacaq"

Əziz Yıldırım: "Danışsam, çox adam "yanacaq"
XƏBƏR 8 İyul 2011 / 16:11 2554
-  A +

“Belə görürəm ki, baş verənləri mənim üstümə atmaq istəyirlər. Əgər danışsam, çox adam yanacaq”.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri dünən gecə saatlarında xəstəxanaya aparılan “Fənərbaxça” prezidenti Əziz Yıldırım deyib.

Danışılmış oyunlarla bağlı sorğuya çəkilən klub rəsmisi vəziyyəti pisləşdiyindən, dünən yenidən xəstəxanaya aparılıb. Yıldırım xəstəxanada olarkən, ona baş çəkməyə gələn yaxınlarına ciddi açıqlamalr verib. “Sarı-lacivərdli” klubun prezidenti səsləndirdiyi fikirlərlə yeni müzakirələrə yol açıb: “Deyəsən, artıq məni “dəftərdən siliblər”. Məhv etmək istəyirlər. Bütün günahı üstümə atırlar. Amma danışsam, çox adamın başı ağrayacaq”.

İndi Türkiyə ictimaiyyəti Yıldırımın nə demək istədiyini aydınlaşdırmağa çalışır.

Son xəbərlər