Rişarlison prezidentliyə namizədi günahlandırdı

Rişarlison prezidentliyə namizədi günahlandırdı
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2026 / 12:00 287
-  A +

“Tottenhem”in braziliyalı hücumçusu Rişarlison Braziliyada prezidentliyə namizəd Flavio Bolsonarunu ona məxsus adanı ələ keçirməkdə ittiham edib.

QOL.az xəbər verir ki, bu barədə “The Touchline” sosial şəbəkələrin birində məlumat yayıb.

Flavio Bolsonaru əvvəlcə futbolçudan adanı almağa cəhd göstərib. Lakin Rişarlisonun təklifdən imtina etdiyi bildirilir. Bundan sonra müxtəlif şəxslərin müəyyən məhkəmə prosedurlarından istifadə edərək əraziyə sahib çıxdığı iddia olunur. Nəticədə futbolçu həm adasından, həm də onun satışından əldə edə biləcəyi vəsaitdən məhrum olduğunu bildirib.

Qeyd olunur ki, Rişarlison şəxsi mülkünə təxminən 1,7 milyon avro sərmayə qoyub. O, baş verənlərlə bağlı polis araşdırmasının aparılmasını tələb edir.

Flavio Bolsonaru Braziliyada müxalif siyasətçi kimi tanınır. O, daha əvvəl çirkli pulların yuyulması ilə bağlı iddialar üzrə yoxlamaya cəlb edilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner