Çempionlar Liqası matçını buraxacaqlar

Çempionlar Liqası matçını buraxacaqlar
DÜNYA FUTBOLU 18 Oktyabr 2026 / 21:50 1088
-  A +

“Barselona” Çempionlar Liqasının əsas mərhələsində PSJ ilə qarşılaşma öncəsi müdafiə xəttində problemlə üzləşib.

QOL.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, kataloniyalıların müdafiəçiləri Erik Qarsiya və Jül Kunde zədə səbəbindən sözügedən matçı buraxacaqlar.

Qarsiya “Betis”lə La Liqanın 9-cu turunun oyununda (5:2) budunun düz əzələsindən zədə alıb. İspaniyalı müdafiəçinin bərpasının bir aya qədər davam edəcəyi gözlənilir.

Kunde isə topuq bağlarının dartılması səbəbindən sıradan çıxıb. Onun oktyabrın 25-də “Real”la keçiriləcək oyunda iştirakı bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, “Barselona” oktyabrın 20-də PSJ-ni qəbul edəcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner