“Qəbələ” seneqallı hücumçu ilə müqavilə imzaladı

“Qəbələ” seneqallı hücumçu ilə müqavilə imzaladı
XƏBƏR 8 İyul 2011 / 11:05 1948
-  A +

“Qəbələ”də gözlənilən transfer baş tutub. Əyalət təmsilçisi uzun müddətdir danışıqlar apardığı Türkiyənin “Bucaspor” klubunun hücumçusu Viktor Mendinin keçidini həll edib.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində komandanın baş meneceri Zaur Əzizov məlumat verib. Əzizovun sözlərinə görə, seneqallı forvard tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atıb. 29 yaşlı futbolçu yeni komandası ilə 2+1 illik anlaşma imzalayıb.

Qeyd edək ki, Mendi bundan əvvəl Fransanın “Paris” və “Mets” kimi klublarının formasını geyinib. Təcrübəli hücumçu son mövsümü isə Superliqa təmsilçilərindən “Bucaspor”da keçirib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner