Türkiyənin İsparta şəhərində hazırlığını davam etdirən "İnter" dünən növbəti məşqini keçirib. Qol.Az-ın məlumatına görə, "bankirlər" iyulun 6-sı "Mersin İdman Yurdu" klubu ilə yoxlama görüşünə çıxıb və məhz bu səbəbdən klubun baş məşqçisi Kaxaber Sxadadze iyulun 7-nə cəmi bir məşqin keçirilməsini planlaşdırıb.
Türkiyə vaxtı ilə saat 18.00-da start götürən məşq 90 dəqiqə davam edib. Komanda məşqə isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra futbolçular iki qrupa bölünərək topa sahib olmaq üzərində çalışıblar. Məşqin axırında isə oyunçular cinahdan ötürmələr və qapıya zərbələr üzərində işləyiblər.
Qeyd edək ki, bu gün "İnter" daha iki dəfə məşq edəcək. Sabah isə komanda Türkiyədəki toplanış çərçivəsində axırıncı yoxlama oyununa çıxacaq. "İnter"in növbəti rəqibi isə Rusiyanın "Terek" kollektivi olacaq.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda