Vaqif Cavadov "Volqa"da debüt etdi

Vaqif Cavadov "Volqa"da debüt etdi
XƏBƏR 8 İyul 2011 / 02:19 2872
-  A +

Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Rusiyanın "Volqa" klubunun heyətində debüt edib. Qol.Az-ın məlumatına görə, Cavadov Nijni-Novqorod komandasının Avstriyanın Sent-Vit şəhərində Danimarka "Kopenhagen"i ilə keçirdiyi yoxlama matçında meydançaya daxil olub.

Baş məşqçi Dmitri Çerışev ona 75-ci dəqiqədə şans verib. Həmin vaxt "Volqa" geridə olub. Cavadov 31-ci dəqiqədə Şota Bibilovun yerinə oyuna girmiş Mate Vatsadzeni əvəzləyib. Həmyerlimiz matçın sonlarında təhlükəli hücumun qurulmasında iştirak edib. Lakin onun komanda yoldaşı Mersudin Axmetoviç əlverişli imkandan yararlana bilməyib.

Daha çox


Son xəbərlər