"Minsk" də, AZAL da ilk "6-lığ"a layiq deyil"

"Minsk" də, AZAL da ilk "6-lığ"a layiq deyil"
XƏBƏR 8 İyul 2011 / 01:16 2316
-  A +

AZAL-ın baş məşqçi postundan istefa verən Nazim Süleymanov Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə 1:2 hesabı ilə uduzduqları Belarus "Minsk"i haqda bir daha fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Süleymanov "Minsk"in Azərbaycan Premyer Liqasında ilk "6-lığ"a düşməyə layiq olmadığını bir daha bəyan edib. 

Lakin o, belə oyunla AZAL-ı da ilk "6-lıq"dan kənarda gördüyünü söyləyib: İlk oyun öncəsi dediyim sözlərdən peşman deyiləm. Futbolda təkcə istəmək yox, öz gücünü sübuta yetirmək də lazımdır. İndi də deyirəm: "Minsk" Azərbaycan çempionatında ilk "6-lığ"a düşə bilməzdi. Əslində, belə oyunla AZAL da ora düşməzdi. Yeni baş məşqçi mənim səhvlərimi düzəldər".   

Son xəbərlər