“Fənərbaxça”nın futbolçusu Türkiyədən deportasiya oluna bilər

“Fənərbaxça”nın futbolçusu Türkiyədən deportasiya oluna bilər
XƏBƏR 7 İyul 2011 / 18:05 2013
-  A +

Danışılmış oyunlarla bağlı saxlanılan, ancaq sonradan sərbəst buraxılan “Fənərbaxça”nın yeni transferi Emanuel Emenikeni ciddi cəza gözləyir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, nigeriyalı hücumçu qardaş ölkədən deportasiya oluna bilər. Bu, aidiyyatı orqanların verəcəyi qərardan asılı olacaq.

Qeyd edək ki, Türkiyə Konstitusiyasına əsasən, bu ölkədə yaşayan xarici vətəndaşların adları hər hansı cinayətə qarışarsa, onlar barəsində tədbir görülür. Hətta günahsız olduqları təsdiqlənsə belə, əcnəbilərin ölkədən xaric olunması mümkündür.

Son xəbərlər