“Neftçi” yoxlama oyunu keçirməyəcək

“Neftçi” yoxlama oyunu keçirməyəcək
XƏBƏR 7 İyul 2011 / 17:43 1545
-  A +

Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Neftçi” hazırlıq prosesi çərçivəsində bundan sonra yoxlama görüşü keçirməyəcək.

Bu barədə Qol.Az-a “ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, “Neftçi” Avstriyadakı toplanış çərçivəsində yoldaşlıq oyunlarını başa vurub:

“Təlim-məşq toplanışı çərçivəsində bundan sonra yoxlama matçı keçirməyi nəzərdə tutmamışıq. “Neftçi” Avstriyadakı hazırlıq prosesində yoxlama oyunlarını başa vurub”.

Qeyd edək ki, bu gün ölkə mətbuatında “Neftçi”nin Rumıniyanın “Styaua” klubu ilə yoxlama matçı keçirəcəyi ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq