“Heç-heçəni məğlubiyyətə bərabər sayıram”

XƏBƏR 7 İyul 2011 / 17:21 1704
-  A +

“Oyunun 70 faizi bizim üstünlüyümuz şəraitində keçməsini və hesabı bizim açmağımızı nəzərə alsaq, bu heç-heçəni məğlubiyyətə bərabər sayıram. Rəqibimizin oyun ərzində cəmi 1 qol şansı oldu və bundan maksimum yararlana bildi”.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu sözləri Belorusiya seçməsi ilə yoldaşlıq oyunundan sonra Azərbaycan millsinin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Sissi Rayt deyib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Son xəbərlər