Əmrah Çəlikəl: “İnşallah, bol qollu oyun olacaq”

Əmrah Çəlikəl: “İnşallah, bol qollu oyun olacaq”
XƏBƏR 7 İyul 2011 / 15:54 2082
-  A +

“Turun taleyini müəyyənləşdirən oyundur. İnşallah, hər şey yaxşı olacaq. Səfərdə 4 top fərqilə qələbə qazanmağımıza baxmayaraq, bü günkü matçda da stadiona toplaşan azarkeşlərə yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qarabağ” – “Banqa” oyunu öncəsi Ağdam klubunun direktoru Əmrah Çəlikəl deyib. Klub rəsmisi futbolçulardan baxımlı və bol qollu oyun gözlədiyini bildirib: “İnşallah, gözəl və bol qollu bir oyunun şahidi olacağıq. Növbəti dəfə Azərbaycan xalqını sevindirmək istəyirik”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq