Noyeri yenə fitə basdılar

Noyeri yenə fitə basdılar
XƏBƏR 7 İyul 2011 / 14:07 2248
-  A +

Mövsümün sonunda “Şalke”ni “Bavariya”ya dəyişən Manuel Noyer yenə xoşagəlməz hadisə ilə üzləşib. Qol.Az-ın məlumatına görə, Münhen klubunun bir qrup azarkeşi 25 yaşlı qolkiperi növbəti dəfə fitə basıb.

Hadisə yoxlama oyunu zamanı baş verib. “Trentino” ilə yoldaşlıq matçı keçirən “pivəçilər”in heyətində çərçivəni ilk hissədə Noyer qoruyub. Bu müddət ərzində ulduz futbolçunun əlehinə şüarlar səsləndirən tərəfdarlar onu fitə basıblar.

Qeyd edək ki, bu, ikinci belə hadisədir. “Bavariya” azarkeşlərinin fikrincə, Noyer oyun zamanı Münhen klubunu istənilən sayda qoldan xilas etsə belə, o, bu komandanın şərəfini qorumağa layiq deyil.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır