“İnter” Qusarda ilk qələbəsini qazandı

“İnter” Qusarda ilk qələbəsini qazandı
XƏBƏR 7 İyul 2011 / 13:02 1575
-  A +

Qusarda təlim-məşq toplanışında “İnter”in əvəzedici komandası dünən ilk yoldaşlıq matçını keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “İnter”in rəqibi Qusar rayonun “Şahdağ-Samur” komandası olub. Oyun “Şahdağ”ın fəallığı ilə başlasa da, “İnter” öz oyununu göstərərək, 5-4 hesabı ilə qalib gəlib. Oyunda Mirsahib Abbasov iki dəfə fərqlənib, Samir Hüseynli, Ramil Mansurov və İlkin Sadıqov hərəyə bir qol vurmaqla seçiliblər.

Oyundan sonra komandanın baş məşqçisi Tofiq Mustafayevin fikirlərini bildirib: “Komandanın gündəlik keçirdiyi üç məşqi nəzərə alsaq ,deyərdim ki, yaxşı oyun göstərildi, həm də bizim oyunçularımız süni ot örtüklü meydançaya öyrəşiblər . Oyun başlayanda bir az çətinliklər baş verdi və buna meydançanın vəziyyəti də təsir göstərdi".

"Seleksiyaya gəldikdəsə onu deyə bilərəm ki, “İnter” UGFM-dən dəvət etdiyimiz futbolçular arasından hələlik ikisi seçilir. İkinci təlim-məşq toplanışı “Şəfa” stadionunda olacaq və bu mənim üçün seçim aparmaqda rahatlıq yaradacaq. Komandanın baş məşqçi vəzifəsinə yeni təyin olunmuşam və koməkçilərim mənə çox kömək edirlər” - deyə Mustafayev bildirib.

Xatırladaq ki, “İnter”in əvəzedici heyəti növbəti qarşılaşmasını iyulun 12-də Qusar şəhər stadionunda keçirəcək.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq