Hazırda Sloveniyada hazırlıqlarını davam etdirən "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Starkov komandasının hazırki durumu və gələcək planları haqda danışıb:
"Cəmi 10 gündür ki, bir araya gəlmişik. Hazırlığın ilkin dövründəyik. Demək olar ki, hər şeyi sıfırdan başlayırıq. Komandada böyük dəyişikliklər var, 50 faiz yenilənmiş bir heyətlə çalışırıq.
Bu dəyişikliklər zəruri idi, ötən mövsümün uğursuz nəticələri və qarşıda duran vəzifələrin vacibliyi bizi buna vadar edir. Yeni oyunçular dəvət olunub, onlar bizim oyunumuzu gücləndirməlidirlər.
İşlər gedir, yeni futbolçuların uyğunlaşmasına diqqət ayıyırıq. Məşqçilər olaraq həm oyun, həm də davranış intizamını tətbiq edirik. Bu olduqca vacibdir.
Klub prezidenti baş məşqçi kimi mənim qarşıma komanda yaratmaq vəzifəsi qoyub. Sözün əsl mənasında komanda qurmalıyıq. Bu güclü, möhkəm dayaqlara əsaslanan, eyni zamanda gənclərin üzünə açıq olan bir kollektiv olmalıdır. Xatırladım ki, Elvin Əliyev, Novruz Məmmədov, Elvin Məmmədov, Uinston Parks, Denis İvanov, Maris Verpakovski kimi oyunçular artıq bizimlə birlikdədirlər.
Gənc futbolçular qrupunu xüsusi qeyd etmək istərdim. Onların 18 yaşı var, bu futbolçuara böyük ümidlər bağlayırıq. Şəhriyar Əliyev, Rəhman Hacıyev, Nicat Abdullayev, Nurlan Novruzov oyunlarda iştirak edirlər.
Sloveniyada 2 yoldaşlıq görüşü keçirmişik. Hər iki oyunda məğlub olmağımıza baxmayaraq işlərin qaydasında olduğunu düşünürəm. Biz hazırda fiziki və funksional hazırlığı önə çəkmişik. Bu gün futbolçularımızın texniki və taktiki əlaqələri dağınıq vəziyyətdədir. Təbiidir, çünki biz hazırlığa yeni başlamışıq.
Yoxlama oyunlarındakı rəqiblərimiz Sloveniya və Xorvatiya klublarıdır, hansı ki, onlar bir neçə gündən sonra Avropa miqyaslı turnirlər çərçivəsində oyunlara çıxacaqlar. Onların hazırlıq səviyyəsi bizdən yüksəkdir.
Bununla belə oyunçularımız oyunda-oyuna artırırlar, bunu müşahidə edirik. Mən oyunçulardan, ümumilikdə komandadan, təlim şəraitindən razıyam. Hazırda Sloveniyadayıq və layiqli hazırlıq üçün hər bir imkanımız var".
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi
Norveç millisi narazı qaldı - Oteli dəyişdirdi
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubunda
Kloppla neçə illik müqavilə imzalanacaq?
"Şəfa" niderlandlı oyunçu transfer etdi
Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
Aydın Bayramov: "Heç nə həll olunmayıb" - Video
Misir millisində baş məşqçi ilə bağlı qərar
Fransa ilə oyunu buraxacaq
Portuqaliya millisinin yeni baş məşqçisi bilindi
"Rəşad Sadıqov uzaqgörən insandır" - Mircavadov
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner yoxdur
Ehtiram Quliyev özünə yeni müavin təyin etdi
"Müdafiəçi üçün dubl gözlənilən deyil" - Ruan Renato
"Beşiktaş" "Bavariya"dan qapıçı aldı
Bugünkü oyunları yayımlayacaq kanallar
İngiltərə - Norveç oyunu təxirə salına bilər
Mbappenin müqəvvasını yandırdılar
Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycan güləşçilərindən Avropa çempionatında daha 2 medal
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə