Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" klubu növbəti yoxlama görüşünə çıxıb. Qol.Az-ın məlumatına görə, rəqib ötən mövsüm Türkiyə Superliqasına vəsiqə qazanan "Mersin İdman Yurdu" komandası olub.
Baş məşqçi Kaxaber Sxadadze mersinlilər önünə bu heyətlə çıxıb: Səlahət Ağayev,Vladimir Levin (k), İlia Kandelaki, Xəyal Mustafayev, Asif Mirili, Samir Zərgərov, Daniel Genov, Bronislav Çervenka, Asif Məmmədov, Girts Karlsons və baxışda olan futbolçu (klubla müqaviləsi olmadan onun adı açıqlanmır).
Oyunun startından "İnter" təşəbbüsü əla alıb. Artıq 4-ci qəqiqədə Daniel Genov cərimə zərbəsini yaxşı yerinə yetirib, lakin bu epizodda türkləri qapı dirəyi qoldan xilas edib. Buna baxmayaraq, "İnter" hücumlarını davam etdirib və 17-ci dəqiqədə istəyinə nail ola bilib. Girts Karlsons yaxın məsafədən topu qapıdan keçirərək, komandasını hesabda irəli çıxarıb.
Rəqibdən daha aktiv futbol sərgiləyən "İnter" 35-ci dəqiqədə üstünlüyünü iki topa çatdırıb. Bu dəfə fə türkləri Girts Karlsons məyus edib. Beləliklə, görüşün birinci hissəsi komandamızın xeyirinə başa çatıb - 2:0.
Fasilədə Sxadadze bütün heyəti dəyişib. Gürcüstanlı mütəxəssis meydana Dmitri Kramarenko, Arif Daşdəmirov, Rüstəm Abbasov, Ruslan Poladov, Valeri Abramidze, Petar Zlatinov, Şəhriyar Rəhimov, Nizami Haciyev, Aleksandr Qross, Baçana Sxadadze və baxışda olan digər futbolçunu buraxıb. Bu isə özünü oyunun gedişində göstərib. İkinci hissəyə "İnter" elə də yaxşı başlamayıb. Nəticədə türklər 2 qol vuraraq hesaba tarazlıq gətiriblər. Bununla belə, "İnter" ruhdan düşməyib və 87-ci dəqiqədə yenə hesabda irəli çıxıb. Bu dəfə fərqlənən futbolçu Baçana Tsxadadze olub. Lakin komandamız ğörüşdə qələbə qazana bilməyib. Oyunun bitməsinə bir neçə saniyə qalmış "İnter"li müdafiəçilərin köbud səhvindən istifadə edən "Mersin İdman Yurdu" klubu hesabı bərabərləşdırıb.
Beləliklə, Türkiyə toplanışı çərçivəsində keçirilən ikinci yoxlama oyununda "İnter" "Mersin İdman Yurdu" klubu ilə 3:3 hesablı heç-heçə edib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi