Erməni futbolçu yenə AZAL-a qarşı oynamayacaq

Erməni futbolçu yenə AZAL-a qarşı oynamayacaq
XƏBƏR 6 İyul 2011 / 23:20 1569
-  A +

Belarusun "Minsk" klubu sabah AZAL-la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünə itkilərlə çıxacaq. Qol.Az-ın məlumatına görə, bu barədə klubun baş məşqçisi Vitali Tarakanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, müdafiəçi Yonas Petrauskas, yarımmüdafiəçi Andrey Xaçaturyan və hücumçu Andrey Şeryakov zədə üzündən oynamayacaqlar. Tarakanov qapıçı Simas Skinderisin durumuna isə oyun öncəsi aydınlıq gələcəyini açıqlayıb.

Qeyd edək ki, "Dinamo" stadionunda keçiriləcək "Minsk" - AZAL matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.  

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır