Rumıniyanın daha bir klubuna sanksiya

Rumıniyanın daha bir klubuna sanksiya
XƏBƏR 6 İyul 2011 / 22:53 1902
-  A +

Rumıniyanın "Unirya" klubu növbəti mövsüm üçün bütün yarışlardan kənarlaşdırılıb. Qol.Az-ın məlumatına görə, bu qərarı Rumıniya Futbol Federasiyası verib.

Səbəb kimi klubun futbolçular və əməkdaşları qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi, habelə iqtisadi təminat verməməsidir.

Qeyd edək ki, "Unirya" 2009-cu ildə Rumıniya çempionu olub və sonradan Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Daha öncə Rumıniya vitse-çempionu "Timişoara" da borclarını verə bilmədiyi üçün Çempionlar Liqası və növbəti mövsüm ölkə çempionatının yüksək liqasında iştirakdan məhrum edilib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır