Futbolçular arasında kütləvi davaya hərbi müdaxilə

Futbolçular arasında kütləvi davaya hərbi müdaxilə
XƏBƏR 6 İyul 2011 / 18:47 1609
-  A +

Livan və Küveyt milliləri arasında baş tutan yoldaşlıq görüşü yarımçıq dayandırılıb. Qol.Az-ın məlumatına görə, buna oyunun sonlarında futbolçular arasında baş verən kütləvi dava səbəb olub.

Adı yoldaşlıq oyunu olsa da, sonları düşmənçiliklə başa çatan görüşün gedişində Livan yığmasının futbolçuları 0:6 hesabı ilə geridə olublar. Bunu qəbul edə bilməyən meydan sahibləri rəqib futbolçulara qarşı kobud oynamağa başlayıblar. Belə olan halda Küveyt millisinin üzvləri də baş verənlərə biganə qalmayıb və rəqibə qarşılıq verməyə başlayıblar. Nəticədə tərəflər yumruq davasına çıxıblar.

Futbolçuları sakitləşdirə bilməyən federasiya nümayəndələri başqa varianta əl atıblar. Onlar insidentə silahlı müdaxilə etməyə məcbur qalıblar. Hətta bir-birinə girən futbolçuları ayırmaq üçün avtomatlardan atəş açılıb.

Son xəbərlər