"Abramoviçlə müqayisə olunmaq biabırçılıqdır"

"Abramoviçlə müqayisə olunmaq biabırçılıqdır"
XƏBƏR 6 İyul 2011 / 16:18 2250
-  A +

Son 3 ildə Çin futbolunun inkişafına 77 milyon dollar pul xərcləyən tanınmış biznesmen Van Tsyan Lin ölkə mətbuatına maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, “Çelsi”nin sahibi Roman Abramoviçlə müqayisə olunmasına münasibət bildirən iş adamı bunu özü üçün biabırçılıq adlandırıb:

“Abramoviçlə müqayisə olunmaq biabırçılıqdır. Bunu eşidəndə çox utandım. O, ölkəsinin təbii sərvətlərini əlində cəmləşdirmək yolu ilə varlanıb. Mən isə öz biznes-imperiyamı dünya bazarında rəqabət apararaq, addım-addım qurmuşam. Abramoviç futbola əyləncə kimi baxır. Mən isə Çində bu idman növünün inkişafına xüsusi diqqət ayırıram. Çünki hazırda ölkədə futbolun vəziyyəti çox acınacaqlıdır. Onu bu çuxurdan çıxarmağa çalşıram”.

Son xəbərlər